Məxfilik siyasəti

Biz Devs.az - Azərbaycanın Proqramlaşdırma və Texnologiya Forumu ("biz", "bizim"). Məxfiliyinizi qorumağa və ona hörmət etməyə sadiqik. Şəxsi məlumatlarınızla bağlı suallarınız varsa, lütfən, bizimlə əlaqə saxlayın.

Sizin haqqınızda hansı məlumatları saxlayırıq

Topladığımız və emal etdiyimiz məlumatların növünə aşağıdakılar daxildir:

  • Adınız və ya istifadəçi adınız.
  • E-poçt ünvanınız.
  • IP ünvanınız.

Əgər paylaşmağı seçsəniz, məsələn, profilinizdəki sahələri doldursanız, əlavə məlumatlar toplana bilər.

Biz bu məlumatların bəzilərini və ya hamısını aşağıdakı hallarda toplayırıq:

  • Bu saytda üzv kimi qeydiyyatdan keçdiyiniz zaman.
  • Əlaqə formumuzu doldurduğunuz zaman.
  • Bu saytı nəzərdən keçirdiyiniz zaman. Aşağıdakı "Kuki (Cookie) siyasəti" bölməsinə baxın.
  • Profilinizdəki sahələri doldurduğunuz zaman.

Şəxsi məlumatlarınızdan necə istifadə olunur

Şəxsi məlumatlarınızdan aşağıdakı yollarla istifadə edə bilərik:

  • Sizi saytımızın qeydiyyatdan keçmiş üzvü etmək və bu sayta məzmun daxil etməyinizi təmin etmək məqsədilə.
  • Saytımızdakı fəaliyyətlər barədə sizi məlumatlandırmaq üçün e-poçt ünvanınızdan istifadə edə bilərik.
  • Saytımızda müəyyən hərəkətləri yerinə yetirdikdə IP ünvanınız qeyd olunur. IP ünvanınız heç vaxt açıq şəkildə görünmür.

Şəxsi məlumatlarınızdan istifadə edə biləcəyimiz digər yollar

Saytımızdakı sizin üçün müvafiq ola biləcək fəaliyyətlər barədə bildirişlərə əlavə olaraq, vaxtaşırı e-poçt vasitəsilə bütün üzvlərə xəbər bülletenləri və ya elanlar kimi vacib məlumatları çatdırmaq istəyə bilərik. Profilinizdə bu növ e-poçtları almağa razılıq verə və ya onlardan imtina edə bilərsiniz.

Saytımızla qarşılıqlı əlaqəniz zamanı sizin haqqınızda şəxsiyyəti müəyyən etməyən məlumatlar toplaya bilərik. Bu məlumatlara istifadə etdiyiniz brauzer və ya cihazın növü haqqında texniki məlumatlar daxil ola bilər. Bu məlumatlardan sırf analitika və saytımıza gələn ziyarətçilərin sayını izləmək məqsədilə istifadə olunacaq.

Məlumatlarınızın təhlükəsizliyinin təmin edilməsi

Bizə təqdim etdiyiniz hər hansı məlumatın təhlükəsizliyini təmin etməyə sadiqik. İcazəsiz girişin və ya məlumatların açıqlanmasının qarşısını almaq üçün topladığımız məlumatları qorumaq və təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər və prosedurlar tətbiq etmişik.

Kuki (Cookie) siyasəti

Kukilər, saytımızda daxil olmaq və ya müəyyən üstünlükləri yadda saxlamaq kimi bəzi funksiyaları təmin etmək üçün bizim tərəfimizdən kompüterinizə yerləşdirilən kiçik mətn fayllarıdır.

Bizim ətraflı kuki siyasətimiz və yerləşdirdiyimiz kukilər haqqında daha çox məlumat bu səhifədə yer alıb.

Hüquqlar

Sizin haqqınızda saxladığımız şəxsi məlumatlara daxil olmaq və ya onların surətini əldə etmək hüququnuz var. Bunun üçün lütfən, bizimlə əlaqə saxlayın. Əgər sizin haqqınızda saxladığımız məlumatların natamam və ya qeyri-dəqiq olduğunu düşünürsünüzsə, həmin məlumatların tamamlanmasını və ya düzəldilməsini xahiş etmək üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Siz həmçinin şəxsi məlumatlarınızın silinməsini tələb etmək hüququna maliksiniz. Şəxsi məlumatlarınızın silinməsini istəyirsinizsə, lütfən, bizimlə əlaqə saxlayın.

Bu siyasətin qəbul edilməsi

Saytımızdan istifadəni davam etdirməyiniz bu siyasəti qəbul etdiyiniz anlamına gəlir. Siyasəti qəbul etmirsinizsə, lütfən, bu saytdan istifadə etməyin. Qeydiyyatdan keçərkən sizdən məxfilik siyasətini açıq şəkildə qəbul etməyinizi bir daha xahiş edəvəyik.

Bu siyasətdəki dəyişikliklər

Biz istənilən vaxt bu siyasətdə dəyişiklik edə bilərik. Gələcəkdə dəyişərsə, bu siyasətdəki məlumatları nəzərdən keçirməyiniz və yenidən qəbul etməyiniz xahiş oluna bilər.

CAPTCHA məxfilik siyasəti

Bu sayt hCaptcha tərəfindən qorunur və onun məxfilik siyasətiistifadə şərtləri tətbiq olunur.

Geri
Yuxarı