Bu veb-sayt tərəfindən təqdim olunan xidmətin ("Xidmət") provayderləri ("biz", "bizim") istifadəçilər tərəfindən yaradılan heç bir məzmun və hesaba görə məsuliyyət daşımır. Təqdim olunan məzmun yalnız müəllifinin fikirlərini ifadə edir.
Bu Xidmət yalnız ən azı 13 yaşı olan istifadəçilər üçün əlçatandır. Əgər yaşınız bundan azdırsa, xahiş edirik bu Xidmət üçün qeydiyyatdan keçməyin. Bu Xidmət üçün qeydiyyatdan keçməklə bu yaşda və ya daha böyük olduğunuzu bəyan edirsiniz.
Təqdim etdiyiniz, yüklədiyiniz və ya Xidmət üçün əlçatan etdiyiniz bütün məzmunlar ("Məzmun") heyət üzvləri tərəfindən nəzərdən keçirilə bilər. Təqdim etdiyiniz və ya yüklədiyiniz bütün Məzmunlar üçüncü tərəf yoxlama xidmətlərinə (o cümlədən, lakin bununla məhdudlaşmayaraq, spam qarşısının alınması xidmətlərinə) göndərilə bilər. Şəxsi və ya məxfi hesab etdiyiniz heç bir Məzmunu təqdim etməyin.
Xidmətdən böhtan xarakterli, təhqiramiz, nifrət dolu, hədələyici, spam və ya spam tipli, təhqir edə biləcək, yetkinlər üçün nəzərdə tutulan və ya etiraz doğuran məzmunu təqdim etmək və ya ona link vermək üçün istifadə etməməyə razılaşırsınız. Həmçinin başqalarının şəxsi məlumatlarını ehtiva edən, müəllif hüquqlarının pozulması riski yaradan, qanunsuz fəaliyyəti təşviq edən və ya hər hansı qanunları başqa şəkildə pozan məzmunlardan çəkinməlisiniz. Həmin Məzmunun və ya davranışınızın nəticəsində yaranan hər hansı zərərə görə tam məsuliyyət daşıyırsınız.
Biz istənilən vaxt, səbəbli və ya səbəbsiz, xəbərdarlıq edərək və ya etmədən təqdim olunan hər hansı Məzmunu silə və ya dəyişdirə bilərik. Məzmunun silinməsi və ya dəyişdirilməsi ilə bağlı müraciətlər yalnız bizim mülahizəmizlə yerinə yetiriləvcək. Biz istənilən vaxt, səbəbli və ya səbəbsiz, xəbərdarlıq edərək və ya etmədən Xidmətin hamısına və ya hər hansı bir hissəsinə girişinizə xitam verə bilərik.
Siz bizə Məzmununuzu Xidmətlə əlaqədar istifadə etmək, dərc etmək və ya yenidən dərc etmək üçün qeyri-eksklüziv, daimi, geri qaytarılmayan, qeyri-məhdud lisenziya verirsiniz. Məzmun üzərində müəllif hüququnu qoruyub saxlayırsınız.
Bu şərtlər istənilən vaxt xəbərdarlıq edilmədən dəyişdirilə bilər.
Əgər bu şərtlərlə razı deyilsinizsə, xahiş edirik qeydiyyatdan keçməyin və Xidmətdən istifadə etməyin. Xidmətdən istifadə bu şərtlərin qəbul edilməsi deməkdir. Hesabınızı bağlamaq istəyirsinizsə, xahiş edirik bizimlə əlaqə saxlayın.
Devs.az yerləşdirmə təchizatçı kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasının "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanununa və Cinayət Məcəlləsinə əsasən, istifadəçilər tərəfindən yerləşdirilən hər bir məlumata görə paylaşımı edən şəxs fərdi məsuliyyət daşıyır. Müəllif hüquqlarının pozulması və ya qanunsuz məzmunla bağlı müraciət edildiyi təqdirdə, şikayətlər 3 (üç) iş günü ərzində araşdırılaraq qanun çərçivəsində lazımi tədbirlər görüləcəkdir. Şikayət və təklifləriniz üçün [Əlaqə] bölməsindən bizə yaza bilərsiniz.